
Mərkəz sədri müsahibəsində sayları getdikcə artan müsəlmanların məscidlərin və dini mərkəzlərin azlığından, habelə, fiqh və digər sahələrə aid mühüm ədəbiyyatın koreya dilinə tərcümə edilməməsindən dolayı islamla tanışlıqda problemlərlə üzləşdiklərini bildirib.
“Əl-Cəzirə” telekanalının əməkdaşları İslam mərkəzindən reportaj hazırladığı zaman iki ildir mütəmadi olaraq, mərkəzə gələn koreyalı qadının müsəlman olmasının şahid olublar. İslamı qəbul edən Kanq Mi Ueyn iki ildir ki, bu dini araşdırdığını və ona dair bir çox kitab oxuduğunu deyib. Ueyn müsahibəsində islama maraq göstərməsinin səbəbinin müsəlmanların terrorçu kimi qələmə verilməsi olduğunu, araşdırmalar nəticəsində isə bunun tam əksi ilə qarşılaşdığını və islamın tolerant bir din olduğunu başa düşdüyünü bildirib.
Mərkəz müdiri M.Əhməd isə Koreyadakı müsəlmanların ən böyük probleminin təşkilatlanmama olduğunu deyib.
/timeturk/
/AzeriMuslims/