
Ölkə mətbuatının yazdığına görə, dərslər Türkiyədən, Tunisdən və Mərakeşdən olan təcrübəli pedaqoqlar tərəfindən tədris olunacaq. Sözügedən müəllimlərin Erlangen Universitetində seminar kurslarda təcrübə keçdikləri bildirilir. Layihənin Sosial Demokrat Partiyasının üzvü olan müəllifi S.Biedfeldin sözlərinə görə, beş il davam edəcək layihənin uğur qazanacağı təqdirdə islam dini dərsləri əyalətin bütün məktəblərində tədris olunacaq.
/ihlas/
/azerimuslims/