Ağ Ev administrasiyası Türkiyə və İran arasındakı razılaşmalardan narazı qalıb
ABŞ administarsiyası Türkiyə və İran arasında təbii qaz hasilatı və satışı barədə razılaşmadan narazılığını ifadə edib. Dövlət katibinin Avropa və Avrasiya mələləri üzrə köməkçisi Filip Qordon bildirib ki, indi nəinki ABŞ, eləcə də digər ölkələr üçün İranla normal biznes qurmağın vaxtı deyil. O xatırladıb ki, ABŞ hazırda İranla iqtisadi və kommersiya əlaqələri saxlamır: “Bizdə İranın energetika sektoruna əhəmiyyətli sərmayə qoyan ölkələrə qarşı sanksiyaların tətbiqini tələb edən qanun var. Bu cəhətdən heç bir dəyişiklik baş verməyib”.
Xatırladaq ki, baş nazir Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 2-də İrana səfər edib və qaz sahəsində bir sıra sazişlər imzalanıb. Əldə edilən razılaşmalar arasında İran qazının Türkiyə vasitəsilə Avropaya nəqli də var. İran və Türkiyə bu məqsədlə “mavi yanacağın” nəqli ilə məşğul olacaq birgə müəssisə yaratmaq niyyətindədir. Ekspertlərin fikrincə, iki ölkə arasında əldə edilmiş razılaşmalar “Nabucco” layihəsi üçün əsas problemi-ehtiyat bazası təminatını həll etmiş olacaq. /anspress/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014