Taliban rəsmiləri: “Partizan müharibəsinə başlayırıq”

Pakistandakı talib rəsmiləri cənubi Vəziristanda sərt və uzun müddətli partizan müharibəsinə başladıqlarını xəbər veriblər. Taliban rəsmisi Azem Tariq Pakistan ordusunun bütün yollara nəzarət etdiyini, özlərinin isə daha çox dağlıq və meşəlik ərazilərdən istifadə etdiklərini bildirib. Partizan müharibəsinin çox şiddətli və uzun müddətli olacağını bildirən taliban rəsmiləri bu yolla Pakistan ordusuna çox ağır zərbə endirdiklərini deyiblər. “Onlar Vəziristanı asanlıqla ələ keçirəcəklərini zənn edirlər. Ancaq buradakı müharibə Kəşmirdəkindən də ağır olacaq”,- deyə Tariq bildirib.

Pakistan ordusu isə xəbər verib ki, indiyədək əməliyyatlarda 486 yaraqlı, 48 pakistan əsgəri həlak olub. 

/dunyabulteni/

/AzeriMuslims/


В этом разделе