
Qardaş ölkə mətbuatının yazdığına görə, dekabr ayında keçirilməsi planlaşdırılan toplantıya dünyanın 191 ölkəsinin dövlət başçıları çağırılıb. Dəvət olunanlar arasında Beynəlxalq Cinayət Məhkəməsinin Darfurdakı hadisələrdən dolayı barəsində həbs qəti imkan tədbiri seçdiyi Ömər əl-Bəşirin də olması təəccüblə qarşılanıb. Həmçinin, toplantıya AB ölkələrinə daxil olmalarına qadağa qoyulan Zimbabve prezidenti Robert Muqabe və Birma lideri Tyan Şve də çağırılıb.
Danimarkanın Xarici İşlər Nazirliyinin açıqlamasında ölkənin toplantıya ev sahibliyi etməsi və BMT-yə üzv olan bütün ölkələri konfransa çağırmaq məcburiyyətində qaldığı qeyd olunub.
/dunyabulteni/
/azerimuslims/