Əfqanıstanda Sovet İttifaqına qarşı aparılan müharibənin liderlərindən olan, indi isə Əfqanıstan İslam Partiyasının sədri vəzifəsini tutan Gülbəddin Hikmətyar “əl-Qaidə” lideri Üsamə bin Ladenin yaşadığını deyib.
O, hal-hazırkı Həmid Qərzai hökumətini tənqid edərək, Qərbin ölkənin daxili işlərinə qarışmasının doğru olmadığını bildirib.
“Əgər ABŞ qoşunları Əfqanıstandan çıxmaq istəyərsə, biz onların təhlükəsiz şəkildə ölkəni tərk etmələrinə şərait yaradacağıq”, - deyə Hikmətyar Pakistan kanallarının birində yayımlanan video yazısında qeyd edib. Habelə o, Taliban rejiminin süquta uğramasında “əl-Qaidə” təşkilatının da rolunun oduğunu deyib.
Aralarında anlaşılmazlıq olduğu üçün İran, Çin və Hindistanın Əfqansıtanda ABŞ-a kömək etdiklərini deyən Hikmətyar əfqan polislərini, ordusunu hədəfə alan “əl-Qaidə”ni həqiqi düşmənlərə qarşı mübarizə aparmağa çağırıb.
Həmçinin, partiya sədri 2001-ci ildə sui-qəsd nəticəsində öldürülmüş Əfqanıstan lideri Əhməd Şah Məsudun zamanında Əfqanıstanın işğalı üçün Rusiya-İran əməkdaşlığına toxunaraq bildirib ki, o vaxt sonuncular bu məqsədlə 17 min əlavə əsgərin göndərilməsini planlaşdırıblarmış.
/timeturk/
/AzeriMuslims/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014