Azərbaycanda daha 8 nəfərdə "donuz qripi" tapıldı

Virusa yoluxanlardan 3-ü Ukraynadan, 1-i Türkiyədən, 1-i isə İngiltərədən gəlib Azərbaycanda daha 8 nəfərdə "A H1N1" virusu aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov ANS PRESS-ə məlumat verib.

Onun sözlərinə görə, xəstələrdən 3-ü Ukrayna, 1-i Türkiyədən gəlmiş Azərbaycan vətəndaşlarıdır. Bir xəstə İngiltərədən gəlmiş xarici vətəndaşdır. Digər üç nəfər isə Ukraynadan gəlmiş “donuz qripi”nə yoluxan Kürdəmir sakini ilə təmasda olan Bakı sakinləridir.

Onlardan 2-si stasionar, digərləri isə ambulator şəraitdə müalicə alırlar.

Xəstələrin hamısının vəziyyəti kafidir.

Xatırladaq ki, bu gün ötən həftə virusa yoluxan xəstələrdən biri evə buraxılmalıdır. Ümumilikdə isə bu günə kimi Azərbaycanda "donuz qripi"nə yoluxanların sayı 13-ə çatıb.


В этом разделе