Norveçdə Avropadakı İslama qarşı Səlib yürüşü başlatmaq istəyən həddindən artıq sağçı və Xristian fundamentalist Norveçlinin etdiyi qırğının ardından İngiltərədə Müsəlman cəmiyyətin liderləri, ölkə daxilində məscidlərdə təhlükəsizlik tədbirlərinin artırılacağını açıqladı.
Norveçdə iki terror aktı törətməkdə şübhəli şəxs qismində saxlanan Anders Breyvik polisə ifadəsində baş nazir Qru Xarlem Bruntlanna sui-qəsd planlaşdırdığını bildirib.
Yaponiyanın bu il martın 11-də baş vermiş güclü zəlzələ və sunami nəticəsində dağılmış şimal-şərq rayonlarının infrastrukturunun bərpasına yaxın beş il ərzində 10-12 trilyon yen (126-152 milyard dollar) xərc tələb oluna bilər.
ABŞ bir sıra digər dövlətlərlə birlikdə Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsi məqsədi ilə «Taliban» hərəkatının nümayəndələri ilə danışıqlara başlayıb.
Bu gün səhər Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 10-cu iclasında iştirak etmək üçün Qazaxıstana səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan prezidenti Həmid Kərzay Astananın “Redisson” otelində görüş keçiriblər