Yaponiyanın bu il martın 11-də baş vermiş güclü zəlzələ və sunami nəticəsində dağılmış şimal-şərq rayonlarının infrastrukturunun bərpasına yaxın beş il ərzində 10-12 trilyon yen (126-152 milyard dollar) xərc tələb oluna bilər.
Bu rəqəmlər yapon hökumətinin hazırladığı layihədə əks olunub.
Gözlənildiyi kimi, hökumət iyulun sonunadık bu planı qəbul edəcək. Bu sənəd ölkənin rekonstruksiyasının üçüncü mərhələsi üçün əsas rolunu oynayacaq. Proqramda həmçinin dağıntıya məruz qalmış rayonlarda günəş və külək elekrtostansiyalarının inşası da nəzərdə tutulur. İlkin hesablamalara görə, təbii hadisədən ziyan çəkmiş rayonların bərpası üçün tələb olunan xərclər 124 milyard dollar təşkil edə bilər, dəymiş ziyan isə 209 milyard dollar məbləğində hesablanır.
SalamNews "Reuters" agentliyinə istinadla bildirir ki, hökumət ekspertləri hüquqi və fiziki şəxslər üçün gəlir vergisinin, eləcə də, büdcə daxilolmalarının 80 faizini təşkil edən satış vergisinin məbləğinin müvəqqəti olaraq artırmağı təklif edirlər. Bundan əlavə, ekspertlər daha liberal administrasiyaya və güzəştli iqtisadi şərtlərə malik zonaların yaradılması təşəbbüsü ilə çəxəş edirlər.
Təkliflərdə enerji mənbələrinin həcminin artırılması və ölkənin şərqi sahiol rayonlarının əlverişli coğrafi şəraiti sayəsində vetro, helio, hidro və geotermal energetika sahələrinin inkişafı üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.