Cənubi Koreyaya aid bir yük təyyarəsi yerli saat ilə 06.30- da Sarı Dənizə düşdü.
313news.net saytının Zaman qəzetinə istinadən verdiyi məlumata görə Jeju Sahil Təhlükəsizlik Bürosunun verdiyi məlumata görə, bu gün yerli saat ilə 06.30-da Asiana Hava Yollarına aid Boing 747 yük təyyarəsi, Jeju Adasının qərb tərəfinə doğru 107 km uzaqlıqda dənizə düşdü.
İncheon Hava limanından yerli saat ilə 05.05də, Çinin Shanghai Putong Hava limanına doğru havaya qalxan təyyarədə pilot və köməkçisi olmaq üzrə 2 adam ın olduğu bildirilir. Gövdəsində problem çıxması ilə Jeju Hava limanına təcili eniş siqnalı göndərən təyyarənin saat 06.09 etibarı ilə radardan itdiyi deyilir.
Düşən yük təyyarəsinin 58 tonluq yükü olduğunu açıqlayan Asiana Hava Yolları, şirkət içində fövqəladə vəziyyət elan etdi. Digər tərəfdən Cənubi Koreya Ərazi və Dənizçilik Nazirliyinin dediyinə görə, təyyarənin düşdüyü bölgəyə axtarış-xilasetmə işləri üçün iki gəmi göndərildi. Düşən təyyarədəki iki pilotun aqibəti haqqında hələ də heç bir məlumat yoxdu, amma axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.