Misirdə Tura Həbsxanasının Müdiri Tuğgeneral Əhməd Abdulrazik, köhnə Respublika başçısı Hüsnü Mübarəyin oğulları Camal və Alaya güzəştə gedərək, həbsxanada köhnə rejimin məhbus üzvləri ilə birlikdə iftar yeməyi verilməsinə göz yumduğu iddiası ilə vəzifəsindən kənarlaşdırıldı.
"Şərqin NATO-su" olaraq səslənilən Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatı (KTRT) üzvü keçmiş Sovet ölkələri Qazaxıstanın paytaxtı Astanada qalstuksuz zirvədə bir araya gəldilər.
ABŞ Xarici işlər Naziri Hillari Klinton, Suriya Dövlət Başçısı Bəşər Əsədin istefaya getməsilə əlaqədar olaraq, Vaşinqton rəhbərliyinin digər ölkələrin səslərini çıxarmasını istədiyini söylədi.
Rusiyanın NATO-dakı Səfiri Dmitri Rogozin, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi üçün icra edilən əsgəri kampaniyanın hədəfinin, İrana hücum üçün etibarlı bir liman meydana gətirmə səyi olduğunu iddia etdi.
Rusiya Federasiyasının baş naziri Vladimir Putin Kislovodskda Şimali Qafqazdan olan gənc ictimaiyyətçilərlə görüşdə dağlıların yüksək insani xüsusiyyətlərindən danışaraq onların qürurunu dəyələndirib.
Suriyadakı qanlı əməliyyatları gündəminə salan BMt Təhlükəsizlik Şuras, Dövlət Başçısı Bəşər Əsəd rejiminin tətbiq etdiyi qanlı təzyiqə göstəriləcək reaksiya mövzusunda bir razılaşmaya gələ bilmədi.