Avropalı müsəlmanlar narahatdılar

Norveçdə Avropadakı İslama qarşı Səlib yürüşü başlatmaq istəyən həddindən artıq sağçı və Xristian fundamentalist Norveçlinin etdiyi qırğının ardından İngiltərədə Müsəlman cəmiyyətin liderləri, ölkə daxilində məscidlərdə təhlükəsizlik tədbirlərinin artırılacağını açıqladı.

313news.net saytının Zaman qəzetinə istinadən verdiyi məlumata görə İngiltərədəki ən böyük Müsəlman birliklərindən biri olduğu ifadə edilən Ramazan Vəqfinin lideri Məhəmməd Şəfiq, məscidlər üçün əlavə təhlükəsizlik tədbirlərinin lazım olduğunu ifadə edib. Şəfiq, "insanların bir sonrakı hədəf olmaqdan qorxduğunu" dilə gətirərək, bunun nəticəsində  insanlara ehtiyatlı olmalarını tövsiyə etdiklərini və məscidlərdə əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyini söylədi. 

Şəfiq, digər Avropa Müsəlman liderləriylə də təhlükəsizlik tədbirlərinin artırılması, İngilis polisiylə də qorumanın artırılması mövzusunda görüşmələr etdiyini qeyd edib. 

 

В этом разделе