Dünyanın enerji ehtiyatlarını ödəyəcək layihə

Yaponiya şirkətlərindən biri dünyanın bütün enerji ehtiyatlarını ödəyəcək bir layihə həyata keçirməyi planlaşdırır.


İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, layihənin mərkəzində Ay var.

Yaponların filmləri xatırladan bu layihəsi ilə “Şimizu” adlanan şirkət Ay səthini günəş panelləri ilə örtərək bütün dünyanın tələbatını ödəyəcək enerjini əldə etməyi təklif edib.

İngiltərənin Daily Mail qəzetinin xəbərinə görə, yerləşdirilən günəş panellərinin nəzarətinə robortların baxacağı düşünülən bu layihədə enerji lazer və ya mikrodalğa yoluyla dünyadakı stansiyalara daşınaraq daimi bir mənbə əldə edəcəklərini bildiriblər.

Bu günə qədər nəzərdə tutulan ən böyük layihə adını qazanmış bu infrastruktur sayəsində ayın səthində 11 min kilometr uzunluğunda 400 km enində bir lövhə yerləşdiriləcək. 

Yaponiya mart ayında yaşadığı zəlzələ və nüvə fəlakətinin ardından nativ enerji axtarışına başlayıb.

Hələlik isə layihənin nə vaxt başlayacağı və ya sona çatacağı barədə məlumat verilməyib.


В этом разделе