Ağ ev xəbəri yalanlayır, "Reuters" israr edir.
İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Hillari Klintonun Dünya Bankının prezidenti olacağı iddia edilir.
"Reuters" agentliyi Klintona yaxın mənbələrə istinadən verdiyi xəbərində ABŞ dövlət katibinin vəzifə müddəti 2012-ci ilin ortasında başa çatacaq Dünya Bankının indiki prezidenti Robert Zoellikin vəzifədən ayrılacağı təqdirdə, bu qurumun başına keçmək niyyətinin olduğunu bildirib.
Ağ Ev sözçüsü Cey Garni Klintonun Dünya Bankının prezidenti olmaq üçün gələn il istefa verməsi üçün Ağ Evlə müzakirələr apardığına dair iddiaları təkzib edib.
Ancaq "Reuters" daha sonrakı Ağ Ev və Dövlət Departamentindən gələn təkziblərə baxmayaraq, mənbələrinin xəbərin doğruluğunu yenidən təsdiqlədiklərini qeyd edib.