Erməni "Soyqırım"ı Haaqa tribunalında

Haaqa məhkəməsi

Ermənistanın Ədliyyə Nazirliyi belə bir bəyanat yayıb

FaktXeber.com-un ans-ə istinadən verdiyi məlumata görə, Haaqa beynəlxalq tribunalı qondarma erməni soyqırımının tanınmasını müzakirəyə çıxara bilər. Belə bir qərar Ermənistanın ədliyyə naziri Qevork Danielyan ilə Haaqa beynəlxalq tribunalının prokuroru Luis Moreno-Okamponun görüşü zamanı qəbul olunub. Bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Moreno-Okampo bildirib ki, bu məsələ üzrə tamqiymətli hüquqi əsasın təmin edilməsi üçün Ermənistan Konstitusiya Məhkəməsinin Roma məhkəmə iclasının qərarl ilə bağlı mövqeyi müzakirə mövzusu olmalıdır. Danielyan isə qeyd edib ki, “erməni soyqırımı”nın tanınması ilk növbədə Türkiyənin özünə lazımdır.

В этом разделе