“Müsəlman terrorçu ola bilməz!”

Rusiyada son zamanlar yaşanan terror hadisələri ilə bağlı müsəlmanlara qarşı ittihamların artması Rusiya Müftilər şurasını buna reaksiya verməyə məcbur edib. Belə ki, Müftilər şurası tərəfindən paytaxt Moskvada təşkil edilən toplantıda terrorçuluğun müsəlmançılıqla bağlı olmaması ilə bağlı fikirlər ön plana çəkilib. Müftilər şurasının konfrans zalında təşkil edilən dəyirmi masada Moskvadakı İslam ölkələrinin səfirləri, mətbuat işçiləri və bir sıra təşkilatların nümayəndələri iştirak edib.

Yığıncaqda çıxış edən müftilər şurasının başçısı Ravil Qaynuddin Rusiyada və eləcə də bütün dünyada baş verən terror hadisələrində kimin mənfəət güdməsinin düşünülməsinin lazımlı olduğunu vurğulayıb. Ravil Qaynuttin “terrorçu müsəlman ola bilməz, müsəlman da terrorçu ola bilməz” şəklində ifadə işlədərək terrorizmin Quran prinsiplərinə zidd olduğunu dilə gətirib. Məşhur rus jurnalisti Vladimir Solovyevin “əgər rus xalqının səbri daşsa qiyam qaldırar və o zaman yer üzündə nə Çeçenistan, nə də radikal islamdan əsər əlamət qalmaz” fikirinə iclas iştirakçısı Türkiyənin Moskvadakı səfiri Xəlil Akınçı “ruslar ədalət üçün qiyam qaldırar, ədalətsizlik üçün deyil” deyərək cavab verib.

ANS

В этом разделе