Pakistanda 40 talibançı məhv edilib

Hərbi vertolyotlar tərəfindən endirilmiş hava zərbəsi nəticəsində Pakistanın şimal-qərbində Orakzay vilayətində ən azı 40 nəfər Taliban yaraqlısı öldürülüb. Bu barədə APA ROSBALT-a istinadən xəbər verir.

Hava zərbələrinin hədəfi Əfqanıstanla sərhəddə yerləşən Beyzoti şəhərindəki hərbçilərin mövqeləri olub.

Xatırladaq ki, Amerikanın Əfqanıstandakı hücum-kəşfiyyat təyyarələri Taliban hərbçilərinin fəaliyyət göstərdiyi ərazilərə – Pakistanın şimal-qərbinə müntəzəm raket zərbələri endirib. Belə ki, ötən bazar Pakistanın hərbi aviasiyası Əfqanıstanla sərhəddə yerləşən Taliban hərəkatı iştirakçılarının bir sıra düşərgələrini bombardman edib. Hərbi zərbələr nəticəsində ən azı 16 nəfər öldürülüb.

Fevralın 19-da Amerika pilotsuz təyyarələrinin Pakistanın şimal-qərbinə endirdiyi hava zərbələri nəticəsində Talibanın yüksək rütbəli səhra komandirlərindən birinin qardaşı öldürülüb.
Zərbələrin endirildiyi zaman səhra komandirinin qardaşı Sirac Hakkani evdə olub.

Bir qədlər əvvəl verilən məlumata görə, bundan əlavə Amerika və Pakistan xüsusi xidmət orqanları əməkdaşlarının Kəraçidə həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində Taliban hərəkatının əsas hərbi rəhbərlərindən biri hesab edilən Molla Əbdül Qəni Baradir ələ keçirilib

В этом разделе