BMT: “Fələstinlilərin orqanlarını satan İsraili boykot edin”

BMT İnsan Haqları üzrə Şurası, İsrail rejiminin fələstinlilərin orqanlarını əldə etdiyi və satdığı barədə məlumat verilən sənədi yayımlayıb, - “MigNyus” xəbər verir.

Rəsmi sənəddə deyilir: “Oğurlanmış və qətlə yetirilmiş fələstinlilərin daxili orqanları, dünya bazarında qanunsuz ticarətdən böyük məbləğlərin əldə edilməsinə gətirmiş ola bilər. İsrail həkimləri, tibb mərkəzləri, ravvinlər və İsrail ordusu, ola bilsin ki, İsveç mətbuatında deyildiyi kimi, fələstinlilərin daxili orqanlarının əldə edilməsində iştirak edib. İsrail həkimləri fələstinlilərin orqanlarını çıxartdıqdan sonra, əsgərlər onların meyitlərini adsız markalanmış tabutlara qoyaraq basdırıb və yaxud komendant saatlarında, dəfn edilmələri üçün ailələrinin qapılarına qoyub. Biz, bütün dünya həkimləri, tibb müəssisələri və assosasiyalarını İsrail həkimlərinin və tibb mərkəzlərinin bu əməllərini pisləməyə və onları boykot etməyə çağırırıq”. /Deyerler.org/

В этом разделе