Amerikalı əsgərlərdən insanlıqdan kənar etiraflar: “Uşaqlardan canlı qalxan kimi istifadə edirdik”
İslam-Azeri.az İnternet Qəzetinin “Kanal 3″-ə istinadən verdiyi xəbərə görə, İraqda 2003-cü ildə başlayan ABŞ işğalının açıqlanmayan cinayətlərini “Truthout” təşkilatı aşkar edib.
İraqı yeddi il əvvəl işğal etmiş ABŞ ordusu 2011-ci ildə bu ölkədən tamamilə çəkilməyi planlaşdırsada, ABŞ-ın İraqda törətdiyi cinayətlərin hamısı üzə çıxmayıb.
İşğal boyunca ölən İraqlı vətəndaşların sayı belə qəti olaraq bilinmir. Bəzi mənbələr işğal zamanı ölənlərin sayının 103 min, bəziləri 600 min, bəziləri isə 1 milyon olduğunu bildirir.
Bəzi mənbələr ölən iraqlıların əksəriyyətinin mülkü vətəndaşlar olduğunu önə çəkir.
İraq işğalı ABŞ ordusunun söylədikləri ilə:
Qadağana uyğun gəlməyəni öldürürdük.
Qarret Reppehnagen (Əsgər): Bağdadda küçəyə çıxmaq qadağanı elan edilən bir gecə, axşam patrulu sırasına tarlasında torpağıyla məşğul olan iki kəndliyi gördük. Yanımdakı əsgər dərhal onlara atəş açdı və əmrlərin küçəyə çıxmaq qadağanını pozan hər kəsə atəş edilməsi şəklində verildiyini söylədi. Ölən iki kəndlinin hekayəsini daha sonra öyrəndik. Tarlanı sulamaq üçün istifadə etdikləri su nasosundan istifadə edirlərmiş. Gündüzləri elektrik enerjisi olmadığı üçün gecə tarlada işləmək məcburiyyətində qalıblarmış. Onları öldürən əsgərə, “Bunu bildiyin halda yenə də atəş açarmıydın” deyə soruşdum. Mənə, “Əmrlər belə verilib” deyə cavab verdi.
Qadını parampaça etdik
Jason Vashburn (Zabit): Patrulda olduğumuz zaman bir İraqlı qadın qarşıdan gəlirdi. Əlində böyük bir çanta vardı. Bizə doğru irəlilədiyini və bomba daşıdığını fərz edərək bomba çağırısı etdik və ona müxtəlif silahlarla atəş açdıq. Havanı örtən toz buludu aradan qalxdıqdan sonra çantanın içində bizim üçün hazırladığı meyvələr olduğunu gördük. O bizə yemək gətirmişdi, biz onu parçalara ayırdıq. Yanımızda əlavə silahlar daşıyırdıq.
Nə vaxt mülkü vətəndaş öldürsəydik onun cəsədinin üzərinə dərhal bu silahı qoyardıq və ona döyüşçü-terrorçu adını qoyardıq. Bunu komandirlərdən aldığımız təlimatlara əsasən edirdik. Ölənlərin sayı hesablanmırdı. Bu halda neçə İraqlı həyatını itirbi bilmirəm. Amma inanın sayı həddindən artıq çoxdur.
Bütün taksiləri güllələdik
Hart Viges (Əsgər): Bir dəfə yaraqlılardan birinin bir taksidə olduğunu söyləyən komandir ratsiya vasitəsi ilə gördüyümüz bütün taksilərə atəş açmamız əmrini verdi. Əmr gözləyən snayperçilər çaşmışdı, “Bütün taksilərə atəş açacağıq? Səhv eşitdik hərhalda” dedilər. Ratsiyadan podpolkovnikin cavabı eşidildi: Məni düzgün eşitdiniz əsgər! Sənə bütün taksilərə atəş açmanı əmr edirəm! Bu əmrdən sonra bütün taksilərə atəş açmağa başladıq.
Brian Kasler (Komandir): Bəzən İraqlı uşaqlara ABŞ ordusunun bizə verdiyi hazır yeməklərdən paylayardıq. Bu yeməklərdən xoşumuz gəlmirdi. Amma bəzi əsgərlərin bu yeməklərin nəcis edib sonra verərdi. Bəziləri isə sokları nəcislə doldurduqdan sonra uşaqlara verərdi.
Cəsədlərlə xatirə fotoşəkili
Jason Moon (Əsgər): Qadınlar və uşaqlar konvoyumuzun önünə çıxdığında qətiliklə yavaşlamamamız və dayanmamamız mövzusunda əmr almışdıq. Əgər bir yaraqlının vətəndaşların arasından konvoya hücum etdiyinə əmin olsaq saymamız əmr edilmişdi. Vətəndaşların sayı 30-a qədərdisə atəş aça bilərdik və açırdıqda. Heç vaxtda onları saymırdıq və atəş açırdıq.
VINCENT Emanuele (Əsgər): Patrul ətrafa gəzərkən təsadüfi atəş açar, bir maqazini boşaldardıq. Yoldan keçən avtomobillərə təsadüfi atəş edərdik. 8 ay boyunca bu şəkildə davrandıq. Yoldakı cəsədlərin üzərindən Humvee ciplerimizlə keçər sonra dayanıb cəsədlərlə xatirə fotoşəkili çəkdirərdik.
Ağ bayraqlıları vurduq
Jason Vayne Lamiya (Əsgər): Kürək daşıyan (yol kənarına bomba yerləşdirməsinə görə,',0), damda cib telefonuyla danışan ya da küçəyə çıxmaq qadağanını pozan hər kəs, öldürülməsi əmr edilən şəxslər idi. Əmin olun bu şəkildə həyatını itirən həddindən çox insan oldu. Zabitlər, “Siz insanlara çəkinmədən atəş edin, biz sizi xilas etmək üçün nə lazımdırsa edərik” deyirdi.
Miçael Leduc (Zabit): 2004-cü ildə Fəllucə qətliamında iştirak etdim. Bizə verilən əmr bu idi: Sizə doğru ağ bayraq yelləyərək yaxınlaşan birini görsəniz bunun yalan olduğundan əmin olun və onu öldürün. Komandirlər mülkü vətəndaşların itkisinə əhəmiyyət vermirdi və heç nədən qətlə yetirilən mülkü vətəndaşlara görə narahat olmurdu. Hətta təsadüfi atəş açmağa belə əsgərləri təşviq edirdi.
Uşaqlı binaya bomba
Skott Eving (Əsgər): Uşaqlara şəkər verməmizin onları çox sevməmizdən qaynaqlandığını düşünürsünüzsə yanılırsınız. Uşaqlar avtomobillərimizin yanında olduğu zaman yaraqlılar bizə atəş aça bilmirdi. Buna görədə həmişə uşaqlara şirniyyat paylayaraq onları “canlı qalxan” olaraq istifadə edirdik. Bizə ilk olaraq verilən təlimatlarda insanlara silahlı olduqlarına əmin olmadığın təqdirdə atəş açmağınız məsləhət görülmür. Lakin təlimat vərəqinin sonunda “Bu qaydalar həyatınızı təhlükəyə atmağınızı tələb etmir” qeydi edilmişdi.
CLIFF Hikks (Əsgər): Amerikalı podpolkovnikin avtomobilinə bir mənzildən atəş açıldı. Heç bir şey olmamışdı amma podpolkovnik çox əsəbiləşdi. Ertəsi gecə bir C-130 o mənzili yerlə bir etdi. Halbuki səhər saatlarında içində onlarla ailənin olduğunu görmüşdük.