Ötən axşam İraqın paytaxtı Bağdadın qərbindəki şiə rayonunda üç partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 19 adam xəsarət alıb. Partlayışlar gənc bağdadlıların toplaşdığı bilyard salonlarının yerləşdiyi binaların içərisində və ətrafında törədilib.
İslami Müqavimət Hərəkatı (Həmas) Siyasi Büro Başçısı Xalid Məşəl, Fələstinin daxili barışının Yaxın Şərq Dördlüsünün şərtlərinə görə olmasının mümkün olmadığını ifadə edərək, bunun ancaq Fələstin müqavimətini qoruyacaq və dəstəkləyəcək milli bir proqram çərçivəsində reallaşa biləcəyini ifadə etdi
İsrail prezidenti Şimon Perez tərəfindən ortaya atılan iddiaya görə Suriya rəhbərliyi Livan İslami müqavimət hərəkatı Hizbullaha uzun mənzilli “Scud” raketləri verdi.
Livan İslami Müqavimət Hərəkatı Hizbullah ABŞ-a xəbərdarlıq etdi. Xəbərdarlıqda ABŞ-ın Livanda reallaşdırılacaq bələdiyyə seçkilərinə qarışmamalı olduğu ifadə edildi.
Sionist İsrail mətbuat-nəşr orqanları, sabiq Baş nazirləri Ehud Olmerdin siyasi-maliyyə sui-istifadə cinayətindən həbs olunmaqdan qorxaraq İsrailə dönmə niyyəti olmadığını bildirdilər.
Livanın Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullah bildirib ki, rəhbərlik etdiyi təşkilat, Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlini araşdıran BMT Beynəlxalq Tribunalı ilə əməkdaşlıq etməyə hazırdır, - Lenta.ru xəbər verir.