
Qəzzada hakimlik edən "HƏMAS" lideri İsmail Haniyə, İsrail hərbiçilərinin Qəzzaya humanitar yardım aparan gəmilərə hücumunu qınayıb.
İsrail rejiminin hərbi təyyarələri bu gün səhər saatlarında Qəzzanın iki yaşayış sahəsini bombalayıb. Mənbələrin məlumatına görə, sionist təyyarələri Rəfah keçidi yaxınlığında dağılmış hava limanına 5 raket zərbəsi və Qəzzanın şimalında yerləşən tikinti yerinə bir raket zərbəsi endirib, - RİA Novosti xəbər verir.
İsrail rejiminin Fələstindən işğal etdiyi ərazidə yaşayan bir qrup ortadoksal yəhudi, sionizm ideologiyasının əsasını qoymuş Teodor Qerstlin portretlərini yandırıb.
Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah, Misir məhkəməsinin Hizbullaha mənsub şəxslər əleyhində verdiyi qərarı haqsız və zalım qərar olaraq xarakterizə etdi.
Açıqlamasında Nəsrullah, Qəzzadakı məsum insanlara kömək etmək və müqaviməti dəstəkləmək məqsədiylə hərəkət edən bu kəslərin haqsız yerə cəzalandırıldığını və bunun da zalım bir siyasət olduğunu ifadə etdi.