İsrailin yeni işğal siyasəti

Müsəlmanlara aid müqəddəs yerlər və xüsusilə “Əl-Əqsa” məscidi İsrail adı altında reklamlarda istifadə olunur

FaktXeber.com-un “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail rejimi bütün dünyada Müsəlmanlara aid müqəddəs yerləri və xüsusilə “Əl-Əqsa” məscidini İsrail adı altında reklamlarda istifadə edir. İsrail şirkətlərinin işğal altında olan Fələstin torpaqlarına təşkil etdiyi turizm səyahətində, “Əl-Əqsa” məscidinin içindəki “Qibbətus-Səhra” və “əl-Kibli” məscidləri yəhudilərə aid tarixi məkanlar kimi göstərilir. Qeyd edək ki, sionist İsrail rejimi bu yolla işğal altında saxladığı məkanları özünkiləşdirmək istəyir. Məlumat üçün bildirək ki, rəsmi Təl-Əvivin bu addımı beynəlxalq qanunlara ziddir.

В этом разделе