Əl Əzharın yeni Şeyxi əl Tayyib: “Şiəliyin yayılmasının qarşısını alacağıq!”

Əl Əzharın şeyxi Əhməd əl Tayyib

Əl Əzharın yeni Şeyxi sionizmə xidmət edəcək!!..
"Şiəliyin yayılmasının qarşısını alacağıq!”

Rasthaberin xəbərinə əsasən Əl Əzharın yeni Şeyxi Əl Tayyib də sələfi Tantavinin ardıyca gedərək sionizmlə mübarizə aparmalı olduğu halda şiəliklə mübarizə aparacaq!  Əl Əzharın əvvəlki Şeyxi Tantavi də şiəliklə mübarizə aparmağı şüar etmişdi və sionist Peresin əlini sıxarkən iç üzünü açmışdı.
 
Əl Əzharın yeni Şeyxi Əhməd əl Tayyib “Əl Ərəbiyyə” kanalı ilə yayımlanan “Media ilə görüşmə” adlı proqramda verdiyi müsahibəsində “İran sünniliyin yayılmasına necə mane olurdusa, Əl Əzhar də müsəlman ölkələrində şiəliyin yayılmasına mane olacaq və Şiə qrupların Sünni qruplar arasında güc qazanmasına icazə verməyəcək” –deyə bildirmişdi.

İranda sünniliyin 4 məzhəbi Hənəfilik, Şafiilik, Malikilik və Hənbəlilik islamın haqq məzhəblərindən sayılır və əsasən Quran hökmlərinə zidd olmayan hər məzhəb haqq qəbul edildiyi halda, üstəlik Qum, Məşhəd, Kümbed və İsfahan mədrəsələrində bu dörd əhli sünnət məzhəblərindən birindən olması şərti ilə sünni tələbələrə öz məzhəbinin fiqhinə görə dərs verilir və sünni, şiə qardaş qəbul edildiyi halda... Və İran konstitusiyasına görə əhli sünnət müsəlmanlarının çoxluq təşkil etdiyi bölgələrdə qərarlar sünni fiqhinə görə verilir, hətta cümə imamı belə sünni alimindən seçildiyi halda... Bunları bilməyən ölkələrin sünni müsəlmanları şiəliyə qarşı yönləndirib ABŞ və qatil İsrailə qulluq edən sözdə dindarlar arasına, uzun müddətdir Misir Əl Əzhar şeyxlərinin də qatıldığı həqiqəti, daha əvvəllər eyni sözləri ilə müsəlmanların diqqətini çəkən, amma çox keçmədən sionist yəhudi Pereslə əl verib görüşərkən rəsmləri internətdə yayılan Şeyx Tantavi ilə meydana çıxmışdı. Hətta mətbuatda yayılan  rəsmi haqqında cənab Tantavi daha əvvəllər sionist İsraillə sıx dostluq quran Misir Dövlət Başçısı Hüsnü Mübarək haqqında söylədiyi absurd sözləri təkrarlayaraq “Müsəlman bir insan heç kimlə müharibə etməz” kimi sionistsevər bir fətva vermişdi!

Beynəlxalq sionizmin islama qarşı fəaliyyətlərini gücləndirdiyi və müsəlmaların vəhdət və birlik içində yaşamaqları vacib olduğu halda, bu cür parçalayıcı ifadələr işlədən Əl Əzharın yeni Şeyxi Əl Tayyib həm də İrandakı bir çox şiə alimlə şiə və sünnilərin öz inanclarını bir-biriləri arasında yaymamaq məsələsində ortaq məxrəcə gəldiklərini bildirdi.

В этом разделе