İraqın mərcei təqlid müctehidlərindən olan Ayətullah Hairinin mərkəzi ofisi şiələrin birləşmələri üçün bəyanat yayıb.
İslam-Azeri.az internet qəzetinin “Yaxın Şərq Xəbərləri” mərkəzinə istinadən verdiyi xəbərə görə, Ayətullah Hairi Əmmar Əl Həkimin “İraq Milli İttifaq”ı və Nuri Əl-Malikinin “Hüquqi dövlət” ittifaqının birləşməsinin zəruriliyini önə çəkib.
Məzlum iraqlılara xidmət etmək üçün şiələrin tez bir zamanda birləşmələrini istəyən İraqın mərcei təqlid müctehidlərindən olan Ayətullah Hairi, İraqın bu həssas dövründə birlik və vəhdətin vacib olduğunu bildirib.
Qeyd edək ki, Sədr qrupuna bağlı iraqlıların əksəriyyəti Ayətullah Hairinin müqəllidləridir.
İslam-Azeri.az