CNN telekanalının verdiyi məlumata əsasən yanacaq çatılşmamazlığına görə Qəzzanın əksər hissəsi enerjisiz qalmışdır.
Bölgədəki elektrik stansiyasının sözçüsünün dediklərinə görə dünən axşamdan elektrik stansiyasında enerji istehsal etmək üçün kifayət qədər yanacaq olmadığından Qəzzanın əksər hissəsi qaranlığa qərq olmuşdur.
Qəzzanın elektrik şirkətinin nümayəndəsi Camal Dirdisavainin sözlərinə görə Qəzzanın şimal bölgəsi, mərkəzi hissəsi və əhalinin sıx yaşadığı məntəqələr enerjisiz qalıblar. Dirdisavai əlavə olaraq bildirmişdir ki, generatorları işlətmək üçün yanacaq olmadığınmdan elektrik stansiyasını saxlamaq məcburuyyəti qarşısında qalmışlar. /Deyerler.org/