“Hədəfimiz yəhudi turistlər deyil”

Seyyid Həsən Nəsrullah

“Hizbullah” liderlərindən olan İmad Muğniyyənin qətlinə görə İsraildən mütləq qisas alınacaq.

İslam-Azeri.az İnternet qəzetinin ərəb KİV-inə istinadən verdiyi xəbərə görə, belə bir xatırlatma ilə Müqavimət Hərəkatının lideri Seyyid Həsən Nəsrullah çıxış edib.

O qeyd edib ki, sionistlərin “Hizbullah”ın guya yəhudi turistləri hədəfə alması haqda səsləndirdikləri ittihamlar yalandır.

Seyyid Həsən Nəsrullah deyib: “Yəhudi turistlərə xarici ölkələrdə zərbə endirmək istəsəydik, bunun öhdəsindən asanlıqla gələ bilərdik. Amma biz daha keyfiyyətli qisas mənbəyi arayırıq. Qisasın kimə yönələcəyini və bunun harda baş verəcəyini gözəl bilirik. Qisas mütləq gələcək. Bunu İsraildə də gözəl anlayırlar”.

Eyni zamanda “Hizbullah”ın baş katibi bildirib ki, sionistlərin Livana hücum edəcəkləri təqdirdə Müqavimət Hərəkatının bütün hərbi potensialı İsrailin məhvinə yönələcək.

Seyyid Həsən Nəsrullah deyib: “Təcavüz baş versə, biz İsrailə misli görünməyən bir zərbə endirəcəyik. Biz 2006-cı ildə tətbiq edilməyən raketlərdən və silahlardan istifadə edəcəyik”.

İslam-Azeri.az

В этом разделе