Bağdadda bomba partlayışı nəticəsində 5 nəfər həlak olub, daha 22 insan isə yaralanıb.
İslam-Azeri.az İnternet qəzetinin Reyters-ə istinadən verdiyi xəbərə görə, terror aktı vaxtından əvvəl keçiriləcək seçkilər üçün nəzərdə tutulan məntəqədə törədilib.
Bu məntəqədə bazar günü təşkil olunacaq parlament seçkilərində asayişi qoruyacaq hərbçilər və polislər səs verməliydilər.