İsrail rejiminin hərbi təyyarələri bu gün səhər saatlarında Qəzzanın iki yaşayış sahəsini bombalayıb. Mənbələrin məlumatına görə, sionist təyyarələri Rəfah keçidi yaxınlığında dağılmış hava limanına 5 raket zərbəsi və Qəzzanın şimalında yerləşən tikinti yerinə bir raket zərbəsi endirib, - RİA Novosti xəbər verir.
Sionistlərin endirdikləri zərbələr böyük dağıntılara səbəb olub. Hücumlar nəticəsində zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Sionist İsrail rejimi rəhbərliyi yenə də həyasızcasına iddia edib ki, bu zərbələr, guya Fələstin tərəfindən onlara atılan raket zərbələrinə cavabdır. Deyerler.Org