Yaxın şərq » Nəsrullah Misir hökumətinə mesaj göndərdi

Seyid Həsən Nəsrullah

Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah, Misir məhkəməsinin Hizbullaha mənsub şəxslər əleyhində verdiyi qərarı haqsız və zalım qərar olaraq xarakterizə etdi.

Açıqlamasında Nəsrullah, Qəzzadakı məsum insanlara kömək etmək və müqaviməti dəstəkləmək məqsədiylə hərəkət edən bu kəslərin haqsız yerə cəzalandırıldığını və bunun da zalım bir siyasət olduğunu ifadə etdi.