Ötən gün Fransanın idman mətbuatı məşhur futbolçu Zinəddin Zidanın şok açıqlamaları ilə yadda qalıb
Bundan öncə Zidan dəfələrlə qərbin istilaçı siyasətinə qarşı öz fikirlıərini açıqlamışdır. Ötən gün isə bu fikirlər Fransanın idman mətbuatında geniş yer almışdır.
Zidan müsahibəsi zamanı qərbin İrana qarşı siyasətini pisləyərək, bu siyasəti imperilalizmin təzahürü kimi qiymətləndirib. O, yaxın gələcəkdə İrana səfər etmək arzusunda olduğunu söyləyərək, səfər zamanı İran İslam inqilabının banisi İmam Xomeynin məqbərəsinidə ziyarət edəcəyini diqqətə çatdırıb. Həmçinin o, tam səmim qəlblə İran millisinin baş məşqçisi olmaq istəyini də dilə gətirib.
Məlumat üçün bildirək ki, Zinəddin Zidan jurnalistlərə müsahibə zamanı, İmam Əli (ə) haqda olan xüsusi məhəbbətini mətbuat mənsublarına açıqlayaraq, özünü İmam Əlinin (ə) nökəri adlandırıb.