Xatəminin MASON olduğu açıqlandı!

ranlı araşdırmaçı yazar Peyam Fəzlinejad İranın keçmiş prezidenti, dünyəvilik və Qərb demokratiyası pərəstişkarı Xatəminin mason olduğunu açıqlayıb.

FaktXəbərin verdiyi məlumata görə, bir zamanlar Xatəminin ən yaxın adamlarından olan və onun dünyəvi və islahatçı mövqeyini ciddi cəhdlə müdafiə edən məşhur iranlı yazar Peyam Fəzlinejad, Xatəminin mason olduğunu, pərdə arxasında sionizmə xidmət etdiyini və Xatəmiylə qrupunun məqsədlərinin, İranı digər bəzi İslam ölkələri kimi dindən uzaqlaşdırıb, “dünyəviləşdirərək” Qərbin qucağına atmaq olduğunu bildirib.

Xatəmi, İsrailin işğal etdiyi torpaqlardan dərhal çıxarılması lazım olduğunu, Holokost və yəhudi soyqırımının dünya ictimaiyyətinə qəbul etdirilməsi yolunda uydurulmuş böyük bir yalan olduğunu söyləyən Əhmədinejadı “mürtəcelik”də günahlandırmış və “qlobal konyukturanı bilməmək”də ittiham etmiş, məhz buna görə də, Qərb ölkələri tərəfindən tərifə və mükafatlara layiq görülmüşdü.

Fəzlinejad açıqlamasının başqa bir hissəsində “Mən İranın islahatçılıq dövrünün aldadılmışlarından biriyəm. İslahatçıların liderləri arasında olan eks-prezident Məhəmməd Xatəminin mason olduğunu bildirirəm. Xatəminin etdikləri və yürütdüyü üsulların; məşhur ingilis masonlarından John Luckun etdiklərinin təkrarı olması, təbii ki bir təsadüf deyil” – ifadəsini səsləndirib.

Faktxeber.com

В этом разделе