Ali İslam Məclisini sədri Seyyid Əmmar Əl-Həkim İraqın paytaxtı Bağdadda keçirilən siyasi-mədəni konfransda çıxış edib.
Çıxışı zamanı Seyyid Əmmar Əl-Həkim xüsusi olaraq vurğulamışdır ki, seçkilərin hansı nəticələrlə yekunlaşmasından asılı olmayaraq, səsləri müdafiə edəcəklər: “İstər qalib olaq, istər məğlub – təfavütü yoxdur. Hər bir halda camaatın səsini müdafiə edəcəyik”.
Ali İslam Məclisini sədri İraqın paytaxtı Bağdadda keçirilən siyasi-mədəni konfransda etdiyi çıxışında, səslərin sayılma prosesini tənqid etmiş və Seçkinin Ali Komissarlığından tələb etmişdir ki, tez bir zamanda seçkinin yekun nəticəsinin elanı üçün bütün güclərini səfərbər etsinlər. (ABNA) /Deyerler.org/