Əfqanıstanda qarşıdurmalar davam edir. ABŞ işğalından bu yana yaşanan qarşıdurmalarda bir çox insan həyatını itirdi.
İsra.Az saytının istinadlı xəbərinə görə, bazar günü Taliban tərəfindən açıqlanan məlumata görə 8 ABŞ əsgəri Taliban hücumundan sonra həyatını itirdi.
Hücumun Əfqanıstanın Khost bölgəsinin şərq tərəfində reallaşdığı və iki ayrı bombanın partladıldığı ifadə edildi.
Taliban, bombaların ABŞ əsgərlərini daşıyan yol üzərinə qoyulduğunu və keçid zamanı bombaların məhv edilərək əsgəri itkilər meydana gətirməyi hədəflədiklərini açıqladılar.
ABŞ tərəfindən son verilən açıqlamalara görə isə 3 ABŞ əsgərinin yaralandığı ifadə edildi.
İşğalçı güclərin Əfqanıstanı işğalı ilə ölkədə yaşanan qarşıdurmalarda bir çox günahsız vətəndaş həyatını itirdi.