İraqda terror aktları

İraqın Diyala vilayətinin mərkəzi Bakubada terror aktları təşkil edilib.

İslam-Azeri.az İnternet Qəzetinin "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, reallaşdırılmış terror aktlarında 7 polis əməkdaşı xəsarət alıb.

Birinci terror aktı Bələdiyyə sədrinin evinin yaxınlığında baş verib. Ölən və yaralanan olmayıb.

İkinci terror aktı isə maqistral yola yerləşdirilmiş partlayıcı qurğunun işə salınması ilə həyata keçirilib. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralananların hamısının polis olduğu bildirilib.

В этом разделе