İraqın müqəddəs şəhərlərindən biri olan Kərbəlada terror aktları törədilib.
İslam-Azeri.az internet Qəzetinin "Haber 7"-ə istinadən verdiyi xəbərə görə, terror aktı Kərbəlada İmam Hüseynin (ə) ziyarətgahının 1 kilometr yaxınlığında törədilib.
Şahidlər, partlayışın, ziyarətgahın 1 kilometr yaxınlığındakı restoran və polis bölməsinin qarşısında meydana gəldiyini bildiriblər.
Hadisənin təfərrüatları bildirilmir.