Ermənilər Ermənistanın Yezidlər İttifaqının sədri Əziz Tamoyanın alnına tapança dirəyiblər.
Ermənistanın Zovuni kəndində ermənilərlər yezidi kürdlər arasında kütləvi dava baş verib. Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti yazıb.
Qəzetin məlumatına görə, yezidi kürdlər ermənilərin silahlı olduğunu iddia ediblər. Ancaq silah səsi eşidilməyib. Dava nəticəsində bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Qarşıdurma zamanı iştirakçılardan biri Ermənistanın Yezidlər İttifaqının sədri Əziz Tamoyanın alnına tapança dirəyib.
Məlumata görə, mübahisəyə səbəb qonşular arasında baş verən narazılıq olub. Yezidi kürdlərin kəndiyinin yanında Avdalyannov Mukuç sahə alıb və tikintiyə başlayıb. Sement daşıyan avtomobil isə mal-qaranının üstünə çıxıb. Nəticədə adi mübahisə yüz nəfərlik kütləvi davaya çevrilib. İş o yerə çatıb ki, Əziz Tamoyan özü dava edənləri sakitləşdirməyə və ayırmağa çalışıb. Amma onun bu cəhdləri qiymətləndirilməyib və iştirakçılardan biri onun alına tapança diriyərək "öz vətəninə qayıtmağı" məsləhət bilib.