Taylandın ilk qadın baş naziri

Taylandda parlamentdə keçirilən səs vermədə Yingluck Shinavatra, ölkənin ilk qadın baş naziri seçildi.

313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə təhsilini ABŞ-da tamamlayan və iş qadını olan 44 yaşlı Yingluckun rəsmi olaraq vəzifəyə başlaya bilməsi üçün Kral Bhumibol Adulyadej tərəfindən də Baş nazir olaraq təyin edilməsi lazımdır. təyin etməni rəsmiləşdirmək üçün tədbirin bu axşam keçirilməsi gözlənilir.

Taylandda 3 İyun tarixində keçirilən ümumi seçkilərdə Yingluckun partiyası Pheu Thai, 500 üzvlü parlamentdə 265 kürsü qazanmışdı. Yingluckun kiçik partiyalar ilə koalisiyaya gedərək, 300 kürsülü güclü bir koalisiya quracağı ifadə edilir.

В этом разделе