Astanada Rusiya və Ermənistan prezidentlərinin ikitərəfli görüşü

Görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkə rəhbərlərinin qeyri-rəsmi sammiti çərçivəsində baş tutacaq.

313news.net saytının APA-ya istinadən verdiyi məlumata görə  Avqustun 12-13-də Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkə rəhbərlərinin qeyri-rəsmi sammiti keçiriləcək. 

APA-nın Rusiya prezidentinin saytına istinadən verdiyi məlumatına görə, hərbi qurumda təmsil olunan Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan, Tacikistan və Özbəkistan prezidentləri regional təhlükəsizlik və beynəlxalq terrorla mübarizə məsələlərini müzakirə edəcəklər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlərin, o cümlədən Rusiya və Ermənistan dövlət başçıları arasında görüşün keçiriləcəyi gözlənilir. Bu danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparılacaq. 

Xatırladaq ki, sabah Soçidə Rusiya və Azərbaycan prezidentləri arasında görüş olacaq. Prezident İlham Əliyevin Rusiyaya səfəri dövlət başçısı Dmitri Medvedyevin dəvəti əsasında baş tutacaq.

В этом разделе