ABŞ Xarici işlər Naziri Hillari Klinton, Suriya Dövlət Başçısı Bəşər Əsədin istefaya getməsilə əlaqədar olaraq, Vaşinqton rəhbərliyinin digər ölkələrin səslərini çıxarmasını istədiyini söylədi.
313news. net saytının Zaman qəzetinə istinadən verdiyi məlumata görə Amerikan CBS televiziyasında Scott Pelleyə müsahibə verən Klinton, "ABŞ-ın hələ nə üçün Əsədə istefa verməsi çağırışını etməməsi" sualına, digərlərinin səslərini çıxarmasını gözlədiklərini deyərək, ABŞ-ın, Əsədin hökumətini itirdiyi haqqındakı şərhlərin "çox açıq" olduğunu vurğuladı. Klinton burada əhəmiyyətli olanın yalnız ABŞ-ın səsini çıxarması olmadığını, bu səslərin dünya ölkələrindən gəlməsindən əmin olmaq istədiklərini qeyd etdi.
Əsədə basqının lazımlı olduğunu bildirən Klinton, Avropanın bu istiqamətdə daha çox addım atmasını, Çinin Vaşinqtonla birlikdə hərəkət etməsini görmək istədiklərini bildirərək , ABŞ-ın mövqeyi haqqında kimsənin şübhəsi olmadığını bildirdi.
Klinton, Suriyada bir mütəşəkkil müxalifətin Əsədə təzyiq üçün lazımlı olduğunu, ABŞ-ın müxaliflərin birləşməsini dəstəklədiyini açıqladı