Misirdə Tura Həbsxanasının Müdiri Tuğgeneral Əhməd Abdulrazik, köhnə Respublika başçısı Hüsnü Mübarəyin oğulları Camal və Alaya güzəştə gedərək, həbsxanada köhnə rejimin məhbus üzvləri ilə birlikdə iftar yeməyi verilməsinə göz yumduğu iddiası ilə vəzifəsindən kənarlaşdırıldı.
313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə Misirdə nəşr olunan müstəqil Əl İzbua qəzetinin irəli sürdüyü iddiaya görə, Tura Həbsxanasının Müdiri Abdulrazik, Camal və Ala Mübarək qardaşlarının keçən çərşənbə axşamı günü həbsxanada təşkil etdikləri iftar yeməyi üçün həbsxana həyətinə masalar qurdurdu və köhnə rejimin hüceyrə cəzası alan üzvlərinin hüceyrələrindən çıxarılaraq yeməyə qatılmasını təmin etdi.
Qəzet, Abdulrazik və köməkçisi Mayor Əymən Əl Məsrinin gecə saat 2-yə qədər həyətdə Mübarəyin oğulları və köhnə rejimin məhbus üzvləri ilə əyləndiklərini irəli sürərkən, hadisənin həbsxanada vəzifəli zabitlərin Daxili İşlər Nazirliyinə yazdıqları hesabatlar üzərinə ortaya çıxdığını qeyd etdi.
Misir Daxili İşlər Nazirliyi, Tura Həbsxanasının Müdiri Əhməd Abdulraziki peşə qanunlarına zidd hərəkət etdiyi səbəbi ilə vəzifədən azad edildiyini açıqladı.
Tura Həbsxanasının Müdiri Abdulrazik bu vəzifəyə, nümayişçilərə atəş açılması təlimatını verməklə günahlandırılan və hələ də həbsxanada olan Həbib Əl Ədlinin Daxili İşlər Naziri olduğu dövrdə təyin edilmişdi.
Əş-Şəruk qəzetinin internet saytı isə sözü gedən iftar yeməyini, Camal və Ala Mübarək qardaşları üçün işadamı Hişam Tələt Mustafanın hazırlatdığını irəli sürdü.
Mübarəyin partiyası NDP-nin üzvü olan Mustafa, Livanlı müğənni Suzan Tamımın Dubayda öldürülməsi hadisəsində günahlandırıldığına görə Tura Həbsxanasında yatır.
Mübarəyin oğulları Ala və Camalın sözü gedən iftar yeməyində köhnə Parlament Başçısı Fəthi Suru ilə söhbət etdiklərini yazan Əş-Şəruk qəzeti, söhbətdə 25 Yanvar xalq qiyamının ardından Təhrir Meydanında etiraz edən müxaliflərə atəş edilməsi məsələsinin danışıldığını və Sururun, Mübarəyin oğullarını bu iddiadan cəza almayacaqları istiqamətində təskinlik verdiyini irəli sürdü.