Qafqazın birləşəcəyi gün uzaqda deyil

“Onun vahid olması üçün bütün resursları var”.

“Qafqazın birləşəcəyi gün uzaqda deyil”. 313news.net saytının ANSPRESS-ə istinadən verdiyi məlumata görə bunu Anakliadakı “Vətənpərvərlər” düşərgəsində azərbaycanlı, belarus, polyak və erməni yeniyetmələrlə görüşü zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

“Azərbaycan və Ermənistanın olduqca çox problemi var, lakin mən əminəm ki, vaxt gələcək, Qafqaz vahid olacaq. Onun güclü və vahid olması üçün bütün resursları var – təbii ki, sərhədlər, adət-ənənə və müstəsnalıqlar nəzərə alınmaqla. Qafqaz xalqları öz problemlərini Avropa İttifaqı, Skandinaviya dövlətləri – Benilüks ölkələri kimi həll edəcəklər”, - deyə Gürcüstan prezidenti bəyan edib.

В этом разделе