»»

İbn Kəsir və övliyaların kəramətləri (Əbu Müslim misalında)

Bağışlayan və Mehriban Allahın adı ilə

Məqaləmizin məğzinə keçməmişdən əvvəl haqqında söhbət açılacaq şəxs barədə böyük əhli-sünnə alimi Şəms əd-Din əz-Zəhəbinin mövqeyini qeyd etmək istərdik.

أَبُو مُسْلِمٍ الخَوْلاَنِيُّ (م، 4)
الدَّارَانِيُّ، سَيِّدُ التَّابِعِيْنَ، وَزَاهِدُ العَصْرِ.

Əbu Müslim əl-Xulani (Səhih Müslim və 4 Sünən kitabının ravisidir)

əd-Darani (Daran hazırki İran ərazisində yerləşir). Tabeinlərin başçısı və dövrünün zahid şəxslərindən idi.

Şəms əd-Din əz-Zəhəbi, Siyər aləm ən-nubəla, c.4, s.7; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut (Onlayn mənbə 1, 2, 3)

 

Fotoşəkil: Şəms əd-Din əz-Zəhəbi, Siyər aləm ən-nubəla, c.4, s.7; Muəssisə ər-Risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Ərnaut

Kitabı yükləmək üçün: ÜNVAN

İbn Teymiyyənin məşhur tələbələrindən olan, əhli-sünnə və sələfilərin etimad etdikləri böyük alim İbn Kəsir əd-Diməşqi yazır:

روى البيهقي من طريق أبي النضر ، عن سليمان بن المغيرة أن أبا مسلم الخولاني جاء إلى دجلة وهي ترمي الخشب من مدها ، فمشى على الماء ، والتفت إلى أصحابه وقال : هل تفقدون من متاعكم شيئا فندعو الله تعالى ؟ ثم قال : هذا إسناد صحيح .
قلت : وقد ذكر الحافظ الكبير أبو القاسم بن عساكر في ترجمة أبي مسلم عبد الله بن ثوب الخولاني هذه القصة بأبسط من هذا ، من طريق بقية بن الوليد ، حدثني محمد بن زياد ، عن أبي مسلم الخولاني ، أنه كان إذا غزا أرض الروم فمروا بنهر قال : أجيزوا بسم الله . قال : ويمر بين أيديهم . قال : فيمرون بالنهر الغمر فربما لم يبلغ من الدواب إلا إلى الركب ، أو بعض ذلك ، أو قريبا من ذلك . قال : فإذا جازوا قال للناس : هل ذهب لكم شيء ؟ من ذهب له شيء فأنا له ضامن قال : فألقى بعضهم مخلاة عمدا ، فلما جازوا قال الرجل : مخلاتي وقعت في النهر . قال له : اتبعني . فإذا المخلاة قد تعلقت ببعض أعواد النهر ، فقال : خذها.

Əl-Beyhəqi Əbu ən-Nəzrdən, o da Suleyman bin Muğirədən belə dediyini rəvayət etmişdir:

Əbu Müslim əl-Xulani Dəclə sahilinə gəldi. Çayın səviyyəsi qalxdığı üçün ağacları sahilə atırdı. Əbu Müslim su üzərində yeriməyə başladı. Yoldaşlarına tərəf çevrilərək: «İtirdiyiniz bir əşyanız var?» Allaha dua edək ki, onları bizə geri qaytarsın.» – deyə sual verdi. Bu rəvayətin sənədi səhihdir.

Mən (İbn Kəsir) deyirəm: Böyük hafiz Əbu əl-Qasim bin Əsakir Əbu Abdullah bin Əyyub əl-Xulaninin tərcümeyi-halında daha ətraflı şəkildə bu təriqlə rəvayət etmişdir: İbn əl-Vəlid dedi: Muhəmməd bin Ziyad mənə Əbu Müslim əl-Xulanidən rəvayət etdi ki, o Rum diyarına hərbi yürüşə getdi və çayı keçərkən dedi: «Bismillah deyib keçin.» Ravi deyir: «Onlar çayı keçərkən heyvanları dizlərinə qədər, yaxud dizə yaxın yerədək islandı. Yoldaşları çayı keçdikdə Əbu Müslim onlara tərəf dönüb deyir: «Hər hansı bir əşyanızı itirdinizmi? Kiminsə itmiş əşyası varsa, ona mən zaminəm.» Ravi deyir: «Bir nəfər heyvanının yem torbasını qəsdən çaya atmış, çayı keçdikdən sonra da: «Heyvanımın yem torbası çaya düşdü» – dedi. Əbu Abdullah ona: «Mənimlə gəl» – dedi. Gedib yem torbasının çayda bir ağaca ilişdiyini görürlər. Əbu Abdullah o şəxsə deyir: «Götür torbanı.»

Bu rəvayətin bir neçə müxtəlif versiyasını qeyd etdikdən sonra İbn Kəsir davam edərək yazır:

فهذه الكرامات لهؤلاء الأولياء هي من معجزات رسول الله صلى الله عليه وسلم ، كما تقدم تقريره ; لأنهم إنما نالوا ذلك ببركة متابعته ، ويمن سفارته إذ فيها حجة في الدين وحاجة أكيدة للمسلمين ، وهي مشابهة لمعجزة نوح ، عليه السلام ، في مسيره فوق الماء بالسفينة التي أمره الله تعالى بعملها ، ومعجزة موسى ، عليه السلام ، في فلق البحر ، وهذه فيها ما هو أعجب من ذلك ، من جهة مسيرهم على متن الماء من غير حائل حامل ، ومن جهة أنه ماء جار والسير عليه أعجب من السير على الماء القار الذي يجاز ، وإن كان ماء الطوفان أطم وأعظم ، فهذه خارق ، والخارق لا فرق بين قليله وكثيره ، فإن من سلك على وجه الماء الخضم الجاري العجاج ، فلم يبتل منه نعال خيولهم ، أو لم يصل إلى بطونها ، فلا فرق في الخارق بين أن يكون قامة أو ألف قامة ، أو أن يكون نهرا أو بحرا ، بل كونه نهرا عجاجا كالبرق الخاطف والسيل الجارف أعظم وأغرب ،
والمقصود أن ما ذكرناه من قصة العلاء بن الحضرمي وأبي عبيد الثقفي ، وأبي مسلم الخولاني ، من مسيرهم على تيار الماء الجاري ، فلم يفقد منهم أحد ، ولم يفقدوا شيئا من أمتعتهم ، هذا وهم أولياء ، منهم صحابي وتابعيان

Öncə də qeyd etdiyimiz kimi, övliyalara aid olan bu kəramətlər Allah Rəsulunun (s) möcüzələrindəndir. Çünki, o övliyalar bu kəramətləri Allah Rəsuluna (s) tabe olmağın bərəkəti və onun elçiliyini etməyin uğuru ilə əldə etmişlər. Belə ki, bunda müsəlmanlar üçün qətiyyət ifadə edən dini höccət və dəlillər var. Bu kəramətlər Allahın əmri ilə həyata keçirilən mindiyi gəmi ilə su üzərində gedən Hz.Nuhun möcüzəsinə və dənizi yararaq yol açan Musa peyğəmbərin möcüzəsinə oxşayır. Amma Əbu Müslimin bu kəraməti adı çəkilən iki peyğəmbərin möcüzələrindən daha qeyri-adi bir hadisədir. Çünki Əbu Müslim və yanındakı yoldaşları heç bir vasitə olmadan su üzərində birbaşa yerimişdilər. Bundan əlavə, onlar axar su üzərindən keçmişdilər ki, bu da durğun su üzərindən keçməkdən daha heyrətamiz bir haldır. Hərçənd ki, tufan suları daha təlatümlü və daha çoxdur (Hz.Musanın möcüzəsinə işarədir. Müt.), bu da (Əbu Müslimin hərəkəti nəzərdə tutulur. Müt.) xariqüladə bir işdir və xariqüladə işin azı ilə çoxu aranızda fərq yoxdur. Belə ki, səviyyəsi qalxmış axar suya girən, buna baxmayaraq atlarının nalları islanmayan, yaxud atlarının qarınlarına qədər su çatmayan bir şəxsin göstərdiyi qeyri-adi hadisə ilə 1000 boy dərinliyində olan bir dənizə, və ya çaya girmək arasında möcüzə baxımından bir fərq yoxdur. Hətta çayın bir şimşək və axan bir sel kimi daşqın halında olması daha heyrətamiz və daha qəribədir. Bu kəramət Musa peyğəmbər üçün dənizin yarılıb yol verməsinə nisbətdə daha qeyri-adidir.

Əla bin Həzrəmi ilə Əbu Abdullah əs-Səqəfi və Əbu Müslim əl-Xulaninin axar su üzərində yerimələri, gedərkən heç bir itki verməmələri və hətta əşyalarını da itirməmələri haqqında nəql etdiyimiz qissədən demək istədiyimiz budur ki, onlar doğrudan da övliyadırlar. Biri səhabə, ikisi isə tabein idilər.

İbn Kəsir əd-Diməşqi, əl-Bidayə və ən-nihayə, c.9, s.315-316; Dar aləm əl-kutub, ər-Riyad, 1424/2003 (Onlayn mənbə 1, 2, 3)

 

Fotoşəkil: İbn Kəsir əd-Diməşqi, əl-Bidayə və ən-nihayə, c.6, s.386-388; Dar İbn Kəsir, Beyrut, 1431/2010; təhqiq: Əbd əl-Qadir əl-Ərnaut və Bəşər Əvvad Məruf

Kitabı yükləmək üçün: ÜNVAN

Bəs görəsən nə üçün sələfilər bizim Əhli-beyt (ə) imamları barədə möcüzəvi rəvayətləri paylaşaraq lağ edir və şiə dünyasını ğuluvda, İmamların (ə) məqamını şişirtməkdə günahlandırırlar?

Qərarı əziz oxucularımızın öhdəsinə buraxırıq.

Рейтинг