»»

İbn Teymiyyənin Rəbbi müxtəlif formalardadır – bu müxtəlifliyin səbəbi Rəbbi yuxuda görən şəxsin necə insan olmasındadır

Müəllif: İbn Teymiyyə
Kitab: "Məcmuəul-fətava", c.3, səh., 155

"Allahı yuxuda görənlər onu müxtəlif formalarda görürlər. Bu yuxuda görən şəxsin necə insan olmasından asılıdır: əgər əməlisaleh insandırsa, deməli Allahı da gözəl surətdə görəcəkdir (!) Elə buna görə də Peyğəmbər (s) Allahı ən gözəl surətdə görmüşdür".

Əbduləziz ibn Abdullah ibn Baz öz fətvasında yazır:

ALLAHI YUXUDA GÖRMƏK

Sual: İzzət Sahibi Rəbbini yuxuda gördüyünü iddia edən şəxs barəsində şəriət hökmü nədir? Bu doğrudur ki, necə ki bəzi insanlar deyir, İmam Əhməd ibn Hənbəl Uca Allahı yüz dəfədən çox yuxuda görmüşdür?

Cavab: Həmd Allaha məxsusdur.

Şeyx ul-İslam ibn Teymiyyə və digərləri deyir ki, insanın yuxuda Rəbbini görməsi mümkündür, lakin onların gördüyü Allah təalanın həqiqətdə olduğu kimi deyil. Çünki Allah təalan heç bir şeyə bənzəmir.
......
Ola bilsin ki, o "belə və belə və yaxud bu cür və bu cür et"-deyə yuxuda səs eşitsin. Hər hansı bir məxluqa bənzəməyən bir surət görə bilər. Çünki Allah yaratdıqlarından heç birinə bənzəmir. Rəvayət olunur ki, peyğəmbər sallallahu aleyhi və səlləm yuxusunda Allahı görmüşdür. Muaz radiyallahu anhu rəvayət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbini görmüşdür. Bir çox isnadlarla rəvayət olunmuşdur ki, o sallallahu aleyhi və səlləm Rəbbini görmüşdür. Və Allah təala Öz əlini peyğəmbərin sallallahu aleyhi və səlləm çiyinlərinin arasına qoymuş, rəsulullah sallallahu aleyhi və səlləm onun sərinliyini öz sinəsində hiss etmişdir. Əl-Hafiz ibn Rəcəb bu barədə məqalə yazmış və bunu İxtiyar əl-Əulə fi Şərh Hədis İxtisəm əl-Mələ` əl-Ə`lə adlandırmışdır. Bu dəlalət edir ki, peyğəmbər sallallahu aleyhi və səlləm yuxuda Rəbbini görmüşdür. Lakin bu dünyada gözlə Allahı görməyə gəldikdə bu baş verməmişdir.
.......
Lakin peyğəmbərlər və saleh insanlardan bəziləri Onu yuxuda yaratdıqlarından heç kəsə bənzəməyən, oxşamayan şəkildə görə bilərlər. Necə ki, bu Muaz radiyallahu anhu hədisində bildirilmişdir. Şəriətə zidd olan bir əmr verilərsə, bu dəlildir ki, o insan Allahı görməmişdir. Əksinə o şeytanı görmüşdür. Məsələn əgər bir kəs ona: "Namaz qılma, çünki namazın vacibliyi sənin üzərindən götürülmüşdür və yaxud zəkat verməməlisən, oruc tutmamalısan, valideynlərə hörmət etməməlisən və yaxud faiz yesən problem yoxdur"-deyildiyini yuxuda görsə, bütün bunlar onun şeytanı gördüyünə və Rəbbini görmədiyinə dəlalət edən əlamətlərdir. İmam Əhmədin Allah təalanı görməyinə dair rəvayətlərə gəldikdə, mən rəvayətlərin səhih olub olmadığını bilmirəm. Deyirlər ki, o yuxuda Rəbbini görmüşdür, lakin mən bunun doğru olub-olmadığını bilmirəm.

Məcmu Fətəvə və Məqalət Mutanavviə li`l Şeyx ibn Bəz, 6/367

Qeyd: Rəvayət edirlər ki, İmam Əhməd Allah ona rəhmət etsin yuxuda Rəbbini görmüşdür. Bəzi alimlər bunun mümkün olduğunu demişdirlər. Və Allah daha yaxşı bilir. Lakin mən qorxuram ki, sufi şeyxlər və digərləri üçün qapı açıalacaq və onlar: "Keçən gecə Rəbbimi gördüm, söhbət etdik və birlikdə danışdıq"-deməyə başlasınlar. Bundan sonra isə heç bis əsası olmayan əfsanələr və yalanlar ilə ortaya çıxacaqlar. Düşünürəm ki, başlanğıcdan bu qapını bağlı saxlamaq daha yaxşıdır.

Liqaa`t əl-Bab il-Məftuh, 3/418

Əbdüləziz ibn Abdullah ibn Bəzz

 

Vəhhabilərin sevimli şeyxləri Alusi Bağdadi öz təfsirində yazır:

فأنا ولله تعالى الحمد قد رأيت ربي مناما ثلاث مرات ، وكانت المرة الثالثة في السنة 1246 بعد الهجرة ، رأيته جل شأنه وله من النور ما له ، متوجها جهة المشرق فكلمني بكلمات أنسيتها حتى استيقظت

Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə 1246-cı ildə görmüşdüm. Onu ətrafı nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum.
"Ruhul-Məani", Alusi, 9/52

http://313news.net/forum/index.php?/topic/3155/

Рейтинг

В этом разделе