»»

Allahın nazil olması haqda şeyx Mühəmməd Useyminin cavabı

Sual:

Buxari Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edir ki: Allahın rəsulu buyurub: "Rəbbimiz Təbarəkə və Təala hər gecənin axır üçdə bir hissəsində bu dünyanın asimanına nazil olaraq səda edir: "Kimdi məni çağıran, mən ona cavab verim? Kimdi məndən istəyən, mən ona əta edim? Kimdi məndən bağışlanmasını diləyən, mən onu bağışlayım?".

Bu hədisin mənası nədir və "Rəbbimiz nazil olur" bu hədisdə nə deməkdir?

Şeyx Mühəmməd Useyminin cavabı

Bu hədis əzəmətli hədisdir, bəzi alimlər deyiblər ki, təvatur həddinə çatıb. Və şəkk yoxdur ki, hədis "mustəfiz" və "məşhur"-dur. Bu hədisdə böyük faydalar olduğuna görə, şeyxul-islam ibn Teymiyyə onu ayrica kitabda şərh edib. Hədisdə "Rəbbimiz nazil olur" kəlməsini əsas tutaraq Allah subhanəhu və təalanın nazil olmasının sübutu var. "Nazil olmaq" Allahın fe`liyyə sifətlərindəndir, çünki, nazil olmaq fe`ldir. Bu "nazil olmaq", həqiqətən, Allahın özünün nazil olmasıdır. Cünki, rəsulallah "nazil olmağı" Allaha aid etdi. Biz bilirik ki, rəsulallah insanlar arasında Allahı əz yaxşı tanıyan idi. Və bunu da bilirik ki, rəsulallah xalqın ən fəsih və təmiz danışanı, xalqa xəbəri doğru çatdırandır, onun kəlamında yalandan bir şey yoxdur. Mümkün deyil rəsulallah Allah təala haqda bir şey deyə ki, nə onun adlarında, nə sifətlərində, nə fe`llərində, nə də hökmlərində olmaya. Allah Taala buyurur: "Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi.  Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq!" (69:44-46)

Bilirik ki, Rəsulullah (s) xalqın ən yaxşı nəsihət verənidir, xalqdan heç kim xalqa nəsihət verməkdə onunla bərabər deyil. Və aydındır ki, onun bəndələrdən istədiyi hidayətdən başqa bir şey deyil. Bütün nəsihətlərindən bu məlum olur ki, bəndələrdən zəlalətə düşməklərini istəmir. Və o (s) xalqın içində Allahı ən yaxşı tanıyanıdır, xalqın içindən xalqa ən yaxşı nəsihət verənidir. Insanlarla danışıqda ən fəsih və təmiz danışandır. Və onun insanlardan istədiyi yalnız onların hidayət olmasıdır. Əgər kimsə desə "Allah nazil olur" və bunu zahiri mənadan başqa bir mənaya aid etsə, o şəxs yalnız peyğəmbəri elmsizlikdə ittiham etmiş olur. Məsələn əgər desə: məqsəd əmri ilə nazil olmaqdır. Cavabında biz ona deyərik: sən Allahı Onun rəsulundan yaxşı tanıyırsan?! Peyğəmbər buyurur: "Rəbbimiz nazil olur", sən isə deyirsən: "Rəbbimizin əmri nazil olur". Sən daha yaxşı bilənsən ya rəsulallah (s)?! Yaxud ona töhmət vurursan ki, peyğəmbər xalqın nəsihət olunmasını istəməyib, çünki onlarla mubhəm (üstü örtülü) danışıb, bu sözü deyərkən başqa bir şeyi nəzərdə tutmuşdur. Aydındır ki, bir insan camaata bir şeyi desə, amma fikri başqa bir şey olsa, bu camaata nəsihət edilməsi kimi sayıla bilməz.

Yaxud biz ona deyərik: sən indi rəsulallaha töhmət vurdun ki, "o fəsih deyil" (təmiz danışmır). Bəlkə danişiği naqisdir? Dediyi sözdən iradə etdiyi ifadəni çatdira bilmir? Demək istədiyi budur ki, "Rəbbimizin əmri nazil olur", lakin deyir: "Rəbbimiz nazil olur"? Peyğəmbər bu ikisinin arasında fərqi bilmir? Sənin bu kəlamın peyğəmbrin şəninə ləkədir. Gərək sən Allahdan qorxasan və peyğəmbərin dediyinə iman gətirəsən ki, həqiqətən Allah təala Özü nazil olur.

Görün bunlar Allah haqda nə fikirdədir, əstağfirullah!

Useyminin (sələfilərin) dediyindən belə çıxır ki, Allah təala (əstağfirullah) hər gecə bizim göyə enirsə və nəzərə alsaq ki, bizim dünyada bir yerdə gün çıxırsa, digər yerdə gecə başlayır və dünyada həmişə gecə var, deməli Allah təala mütəmadi dünyanın göyünü (gecənin dalıyca) fırlanır. Bu da o deməkdir ki, gündüz olan yerdə Allah yoxdur, çünki o gecə olan yerdə səda edir?!

Bu nə cəfəngiyatdır.

Рейтинг

В этом разделе