Vizaların bir tərəfli qaydada götürülməsi bir başa ayətullah Xameneinin tövsiyyəsi əsasında baş tutub

İranın Ali Dini Lideri vizaların götürülməsini xüsusi olaraq tövsiyyə edib və bu prosesin istənilən halda davamlı olacağı bildirilir

Birlik.az-ın İran KİV-lərinə istinadən verdiyi xəbərə İran əsasən region ölkələrin hamısı ilə vizanı ləğv edir və bu işdə İslam Respublikasının ali-dini liderinin tövsiyyəsi mühüm rol oynayır. Ayətullah Xamenei sərhədyanı, qonşu və ümumiyyətlə bütün region dövlətlərin vətəndaşları üçün İrana gediş – gəlişin vizasız olmasını tövsiyyə edib və İran bir tərəfli qaydada olsa da belə yenidən viza rejimini tətbiq etməyəcəyində israrlıdır.

В этом разделе