İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək

İran prezidentliyinə namizəd Əli Əkbər Vilayəti bildirib ki, "2+1" kimi tanınan koalisiya seçkiqabağı kampaniyanın yeni növündən istifadə etmək niyyətindədir

Bu barədə Trend "Mehr News" agentliyinə istinadən məlumat verir.

Hazırda İnqilab liderinin beynəlxalq məsələlər üzrə müşaviri vəzifəsində çalışan Vilayəti deyib ki, koalisiyanın hər üç üzvü qarşıdakı seçkilərdə prezidentliyə namizəd kimi qeydə alınacaq.

Onun sözlərinə görə, koalisiya üzvləri bir-biri ilə rəqabət aparmayacaq, əksinə üçbucağın tərəfləri kimi bir-birilərini dəstəkləyəcəklər.

Vilayəti qeyd edib ki, bu razılaşma təşviqatın yeni növüdür.

В этом разделе