Pakistan polisi dünən məhkəmə zalından qaçırılan sabiq prezident Pərviz Müşərrəfi həbs edib
APA-nın məlumatına görə, Müşərrəfin həbsinə order onun 2007-ci ildə ölkədə qanunsuz olaraq fövqəladə vəziyyət rejimi elan etdiyinə görə verilib.
Məhkəmə bundan əvvəl Pərviz Müşərrəfin girov müqabilində aprelin 18-dək zamində qala biləcəyi barədə qərar çıxarmışdı.
Dünən səhər general Müşərrəf zamin müddətini uzatmaq üçün məhkəməyə gəlib, lakin məhkəmə sabiq prezidentin xahişini rədd edib və onun haqqında həbs qərarı çıxarıb. Qərar elan olunduqdan sonra mühafizəçiləri Pərviz Müşərrəfi zaldan qaçırıblar.