İranın Ali Dini Lideri vizaların götürülməsini xüsusi olaraq tövsiyyə edib və bu prosesin istənilən halda davamlı olacağı bildirilir
Birlik.az-ın İran KİV-lərinə istinadən verdiyi xəbərə İran əsasən region ölkələrin hamısı ilə vizanı ləğv edir və bu işdə İslam Respublikasının ali-dini liderinin tövsiyyəsi mühüm rol oynayır. Ayətullah Xamenei sərhədyanı, qonşu və ümumiyyətlə bütün region dövlətlərin vətəndaşları üçün İrana gediş – gəlişin vizasız olmasını tövsiyyə edib və İran bir tərəfli qaydada olsa da belə yenidən viza rejimini tətbiq etməyəcəyində israrlıdır.