"Dəyərlər" AİN-ə istinadən verilən xəbərə görə Tehranda saxlanılan Nysuvik (Newsweek) jurnalisti Qərbin maraqlarına uyğun addımlar atdığını etiraf edib. CNN-in verdiyi xəbərə görə, Mazayir Bahari keçirdiyi mətbuat konfransında öz etiraflarını səsləndirib.
İranda "Darkub" (Ağacdələn) adı altında fəaliyyət göstərən, dövlət çevrilişinə cəhhdə ittiham olunan dəstə zərərsizləşdirilib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
İranın xarici işlər nazirliyinin sözçüsü Həsən Qəşqavinin verdiyi məlumata əsasən, İran milli məclisi yanında "Milli-təhlükəsizlik" və "xarici siyasət" komissiyaları "xarici işlər nazirliyi" ilə birgə yığıncaqlar keçirərək, üç sahədə: Siyasi-rəsmi, informasiya və təhlükəsizlik Qərbin İranda müdaxilələrini araşdırmaqla məşğuldurlar.
Faktxeberin İran mətbuatına istinadən verdiyi məlumatlna gör, Ayətullah Xamnei xütbəsində, polisə, müxalifətə, Rəfsancaniyə və Qərb dünyasına əhəmiyyətli mesajlar verib
İranda 10-cu prezident seçkilərinə 4 namizəd üçün püşkatma əsasında tənzimlənmiş cədvələ uyğun olaraq təşviqat kampaniyası çərçivəsində radiodan İran xalqı ilə seçkilər barədə birinci dialoqa başlayan Mahmud Əhmədinejad ötən 4 ildə ölkənin iqtisadi nailiyyətlərinə işarə edərək, polad , sement , neft-kimya , mis , alüminium sahələrində istehsal həcminin artması xüsusilə də qeyri-neft istehsalının üç dəfə artması və neft sahəsində investisiyaların qoyulmasının yüksək həddə çatmasını nailiyyətlərin bir hissəsi adlandırıb.
Tehran Cümə Xatibi, Düşmənin bu ankı səssizliyinə aldanmamaq lazım olduğunu ifadə edərək: Qərb Ölkələri Bir tərəfdən, Bəzi Ərəb Ölkələri Bir tərəfdən Şiə və Sünni Arasındakı Problemləri Qızışdıraraq Bu Yola Ümid Bağlamışlar.