Bu gün İranda prezident seçkiləri keçirilir

Seçkidə əsas mübarizənin Mahmud Əhmədinejadla islahatçı Mir Hüseyn Musəvi arasında olacağı güman edilir
Bu gün yerli vaxtla saat 08.00-dan başlayaraq İranda prezident seçkisi başlayıb. "İhlas" xəbər agentliyinin məlumatına görə, təxminən 46 milyon seçici 4 namizəd arasında seçim etmək üçün yerli vaxtla saat 18.00-a qədər 45 min 713 seçki məntəqəsində səs verəcək. Seçkidə əsas mübarizənin hazırkı dövlət başçısı Mahmud Əhmədinejadla, Mir Hüseyn Musəvi arasında olacağı güman edilir. Digər iki namizəd Mehdi Kerrubi və Muhsin Rızayinin şansının az olduğu bildirilir. Namizədlərdən hər hansı biri seçicilərin 50 faizindən çoxunun səsini qazana bilmədiyi təqdirdə, ən çox səs toplayan iki namizəd arasında iyunun 19-da təkrar seçki keçiriləcək. /ANS PRESS/

В этом разделе